SON DƏQİQƏ: BakıVarşava reysini həyata keçirən təyyarədə nasazlıq yarandı

05.01.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib.
Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.
Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcək. Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью