SON DƏQİQƏ: Əsədin qohumları nəzarətə alındı

27.12.2024

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ən-Nahar: Əsədin qohumları Livanı tərk etmək istəyərkən saxlanılıb.

Turkustan.az xəbər verir ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin yaxınları Yaxın Şərq ölkəsini tərk etmək istəyərkən Livan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə “An-Nahar” qəzeti yazır .

Xüsusilə, söhbət Suriyanın keçmiş liderinin əmisi oğlu Dureyda Əsədin qohumlarından gedir. Onun həyat yoldaşı və qızının Livanı tərk etmək cəhdləri rədd edilib .

"27 dekabrda Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportlar aşkar etdikdən sonra həbs edilməsinə qərar verib. Məlumat üçün bildirək ki, Dureyda Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur"-deyə, nəşr bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью