SON DƏQİQƏ: FHN 31 nəfəri xilas etdi Ölənlər də var

19.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə ərzində Azərbaycanda baş verən yanğınlar, avtoqəzalar və digər hadisələrlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 31 nəfər xilas edilib. Xilas olunanlar arasında 8 azyaşlı da olub.

Bu barədə "Yeni Sabah"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında aidiyyəti qurumlar tərəfindən həftə ərzində 149 yanğına çıxış edilib. pizza hut

Bundan başqa, 27 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd edək ki, müxtəlif hadisələrlə, o cümlədən bağlı qapı və avtoqəzalarla əlaqədar 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью