Son dəqiqə: Generalın qətlinin qisası Rusiya Ukraynanı hipersəs raketlərlə vurdu

20.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 20-də Ukrayna Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. Rusiya ordusunun endirdiyi zərbədən sonra Borispol hava limanı yaxınlığında anbarlar yanıb .

“Ukraynaya böyük zərbə. İlkin olaraq enerji obyektləri və qərar qəbuletmə mərkəzləri hücuma məruz qalıb”, - nəşr yazıb.

Kanalın ilkin məlumatına görə, hücum hipersəs raketləri ilə həyata keçirilib. Ən azı beş zərbə endirilib.

"Hücum general İqor Kirillovun qətlinə görə cavab zərbəsi sayılır”, - kanal bildirib. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью