SON DƏQİQƏ: Gürcüstanda zəlzələ oldu, Ermənistanda da hiss olundu

28.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda 4,2 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar Ermənistanda hiss olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Gürcüstanın Dmanisi şəhərindən 8 km şimal-qərbdə yerləşib və 5-6 bal gücü təşkil edib.
Gümrü şəhərinin, Şirak rayonunun Bavra, Kazançı, Aşotsk, Musayelyan kəndlərinin, həmçinin Ermənistanın Lori rayonunun Taşir, Stepanavan və Sarçapet, Mixaylovka və Metsavan şəhərlərinin sakinləri 3 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью