SON DƏQİQƏ! Husilər ABŞ ın təyyarədaşıyan gəmisini VURDU KONKRET

16.03.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ballistik raketlər və dronlarla zərbə endiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Husi sözçüsü ABŞ-ın təyyarədaşıyan “USS Harry Truman” gəmisinin 18 raket və dronla vurulduğunu bildirib.

Husilər həmçinin ABŞ-ın Yəmənin 7 vilayətində 47 zərbə endirdiyini də iddia ediblər. “Ənsar Allah” hərəkatı Yəmənə endirilən zərbələrə cavab olaraq Qırmızı və Ərəb dənizlərində ABŞ-ın bütün hərbi gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью