SON DƏQİQƏ! İran atəşkəsin uzadılmasını RƏDD ETDİ

17.04.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İran atəşkəsin uzadılmasını rədd edir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari qeyd edib.
O bildirib ki, ölkə Hörmüz boğazı üzərində nəzarəti bütün hüquqları təmin olunana qədər qoruyacaq:
 

“Biz atəşkəsin hər hansı formada uzadılmasını qəbul etmirik. Uzunmüddətli müharibəyə hazırıq – amerikalılar buna hazır deyil. Bu, sülh deyil, sadəcə fasilədir. İrana qarşı istənilən quru müdaxiləsi tam uğursuzluğa düçar olacaq”.


Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью