SON DƏQİQƏ! İran Kiprə PUA larla zərbə endirdi VİDEO

02.03.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Böyük Britaniyanın Kiprdəki hərbi bazasına kamikadze PUA-ları ilə hücum edib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bazada hava hücumu xəbərdarlığı elan olunub, bir ingilis qırıcısı havaya qaldırılıb.
Kipr hökumətinin məlumatına görə PUA-lar zərərsizləşdirilib. Lakin yerli sakinlərin lentə aldığı videolarda bazada yanğının baş verdiyi və duman yüksəldiyi öz əksini tapıb.
 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.


İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью