SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

20.07.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabahy” xəbər verir ki,  bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Kirmanşah əyalətində yerləşib. Yeraltı təkanlar yerli vaxtla səhər saatlarında qeydə alınıb. pizza sifarişi

Bildirilib ki, baş verən ilk seysmik hadisədən beş dəqiqə keçdikdən sonra Kozran ərazisində 5.7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırmaları davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью