SON DƏQİQƏ: İrəvan bu məsələyə razılıq verdi, hazırlıq başladı… KONKRET

08.09.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ermənistan “3+3” formatında növbəti görüşə ev sahibliyi etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi ölkənin “3+3” formatında növbəti nazirlər görüşünə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Qurumun bəyanatında xatırladılıb ki, İrəvan bu barədə mövqeyini hələ 2024-cü ildə İstanbulda keçirilən toplantıda bildirib.

KONKRET.az xəbər verir ki, XİN-in məlumatına görə, oxşar mövqe ilə Azərbaycan da çıxış edib.

Görüşün dəqiq vaxtı və məkanı isə müzakirələrdən sonra müəyyən ediləcək.

Qeyd edək ki, Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan daha əvvəl verdiyi açıqlamada görüşün İrəvanda və ya Bakıda keçirilə biləcəyini istisna etməmişdi.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью