Son dəqiqə! İsrail bu ölkəyə PUA larla hücuma keçdi Ölənlər var

26.06.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Qəzza zolağının şimalındakı Cəbəliyə əl-Bələd bölgəsinı zərbəsi nəticəsində iki nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, "Əl-Cəzirə" bu barədə ərazidə çalışan təcili tibbi yardım və fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində iki nəfər hadisə yerində ölüb. Hadisənin təfərrüatları və ölənlərin kimliyi hələlik açıqlanmayıb.

İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.

Aytac,

Sitat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью