Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın Ağ Evdə Netanyahu ilə görüşündə Qəzzada yaşayan Fələstin xalqının bölgədən qonşu ölkələrə təxliyyə edilməsi və ABŞ-ın Qəzzaya nəzarəti ələ alması planını açıqlamasından sonra ilk addım İsraildən gəldi.Turkustan.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Qəzzadakı fələstinlilərin ərazini tərk etməsinə imkan yaradan plan hazırlamağı tapşırıb.
Bildirək ki, Tramp çıxışında ABŞ Qəzza zolağına “ələ keçirəcək” və “sahibi olacaq”-deyə, bildirmişdi.
Lakin bu fikir dünya ölkələri arasında birmənalı qarşılanmayıb.
Aytən Yaşar/ Turkustan.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.