SON DƏQİQƏ! “Kəpəz” Yevlaxa “köçür”

17.05.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Kəpəz”in növbəti mövsüm ev oyunlarını bir müddət Gəncədən kənarda keçirəcək. Nizami yurdunda yeni satdionun tikintisi davam etsə də, arenanın meydançasının tam hazır vəziyyətə gətirilməsi üçün müəyyən vaxt lazımdır.

Bundan öncəki yazılarımızda “Kəpəz”in ən yaxşı halda dekabrda Gəncədə oynaya biləcəyini vurğulamışdıq. Bu müddətə qədər “sarı-göylər”in rəqiblərini harda qəbul edəcəyi müzakirə olunurdu.

Əldə etdiyimiz məlumata görə, “Kəpəz” növbəti mövsüm ev oyunlarının bir hissəsini Yevlaxda keçirəcək. “Karvan”ın Premyer Liqaya yüksəlməsinin ardından bu stadionda təmir-bərpa işləri staet götürür.

Meydançanın süni örtük olacağı da dəqiqləşib. “Kəpəz” rəhbərliyi də Gəncə şəhər stadionu hazır olana qədər Yevlaxda oynamaq niyyətindədir.

İdmanxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью