SON DƏQİQƏ: Kılıçdaroğlu barəsində qərar veriləcək

30.06.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayı ilə bağlı məhkəmə iclası keçiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, məhkəmə Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Məhkəmənin sözügedən qurultayın nəticələrini ləğv etmə ehtimalı böyükdür. Belə olacağı təqdirdə, sabiq sədr Kamal Kılıçdaroğlu partiyaya geri qayıdacaq.

Həmçinin, məhkəmənin 14 iyula təxirə salınması və ya Özgür Özəlin sədrlinin davam etdirilməsi istiqamətində də qərarın verilmə ehtimalı var.

Elmir Mustafa
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью