Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.
2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.
Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.
Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.
Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq: Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər. Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq: 1 legionerdən 7 legionerə qədər: