SON DƏQİQƏ! NATO qoşunları Ukraynaya daxil OLACAQ

03.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Sülh müqaviləsi bağlandıqdan dərhal sonra xarici qoşunlar (NATO qüvvələri nəzərdə tutulur -red.) Ukraynaya daxil olacaq".
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Ukrayna Ali Radasında çıxışı zamanı bildirib.
Daha əvvəl "The Financial Times" özəl mənbələrə istinadən ABŞ, Ukrayna və Avropa ölkələrinin Moskva ilə Kiyev arasında gələcək sülh müqaviləsini dəstəkləmək üçün çoxmərhələli bir plan üzərində razılığa gəldiyini bildirmişdi.
Qəzetin məlumatına görə, Vaşinqton və Avropa ölkələri Rusiya müqaviləni davamlı şəkildə pozacağı, halda əlaqələndirilmiş hərbi cavab vermək barədə razılığa gəliblər.
Bu, öncə diplomatik xəbərdarlığı və Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini əhatə edəcək. Müvafiq tədbirlər müqavilənin pozulmasından sonra 24 saat ərzində görüləcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью