SON DƏQİQƏ! Nazirlik YOXLAMALARA BAŞLADI 72 müəssisə...

12.11.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Bu barədə Sitat.info-ya AEM-dən məlumat verilib.

Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью