SON DƏQİQƏ! “Neftçi” ilə oyun öncəsi “Kəpəz” şokda İdmanXəbər

15.12.2024

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “Kəpəz” bu gün “Neftçi”nin qonağı olacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu derbi öncəsi şok itki ilə üzləşib. Komandanın aparıcı üzvü Lira Paçu bugünkü matçı buraxmalı olacaq. Buna səbəb futbolçunun məşq zamanı ayağında ağrılar hiss etməsidi. Məşqçilər korpusunun qərarı ilə təcrübəli forvard Bakıya gətirilməyib.

Xatırladaq ki, Paçu ötən həftə “Zirə” ilə matçın ilk hissəsində zədələnərək meydanı tərk etmişdi. Daha sonra zədəsi ciddi olmadığından forvard həftəboyu məşqlərdə iştirak etmişdi 

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu saat 18:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью