Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlının yeni komandası bəlli olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu karyerasını Azərbaycan I Liqasında davam etdirəcək. O, “Şəfa” klubu ilə anlaşıb.
Növbəti mövsüm iddialı olacaq Bakı təmsilçisi təcrübəli müdafiəçi ilə bu yaxınlarda müqavilə bağlayacaq.
Onunla 2 illik sözləşmə imzalanacaq. Əgər komanda Premyer Liqaya çıxsa, müqaviləyə yenidən baxılacaq.
Xatırladaq ki, Zülfüqarlı ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib. O, müqavilə ilə “Neftçi”yə məxsus idi.
Futbolçu “ağ-qaralar” qaşılıqlı olaraq sözləşməsini ləğv edib.
Həsən Quluzadə