Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident Məsud Pezeşkian İranın dialoqa sadiqliyini təkrarlayıb, lakin ABŞ-nin də danışıqlarda həqiqi niyyət nümayiş etdirməli olduğunu söyləyib.
Turkustan.az xəbər verir ki, bu barədə İRNA agentliyinin ingilis dili redaksiyası məlumat yayıb.
Qeyd olunub ki, prezident İranın danışıqlara inansa da, “nəyin bahasına olursa-olsun” danışıqlara qoşulmayacağını bildirib.
“Biz müharibə, gərginlik və ya nüvə silahı axtarmırıq. Biz danışıqlara can atırıq.
Bununla belə, amerikalılar həqiqətən danışıqlara getdiklərini sübut etməlidirlər”, - Məsud Pezeşkian deyib.
O qeyd edib ki, İranın nüvə imkanlarından “qeyri-dinc” məqsədlər üçün istifadə etməmək öhdəliyi sadəcə siyasi bəyannamə deyil, onun kökündə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin verdiyi fitva (dini fərman) dayanır.
İranın nüvə doktrinası Ayətullah Xameneinin nüvə silahının istehsalını, saxlanmasını və yığılmasını qadağan edən fətvasına əsaslanır.