SON DƏQİQƏ! Premyer Liqa klubu bu transferi bitirdi! İdmanXəbər

21.04.2026

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah” polşalı futbolçu Timoteuş Puxaçla bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayında Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülən oyunçuya yeni müqavilə təklif edilib. Paytaxt təmsilçisi Puxaçı birdəfəlik transfer etmək niyyətindədir.

Cinah müdafiəçisi özü də “Sabah”da oynamağa müsbət yanaşır. O, Azərbaycan klubu ilə anlaşıb.

Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Futbolçunun yaxın vaxtda birdəfəlik “bayquşlar”ın üzvü olacaq.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью