SON DƏQİQƏ! Premyer Liqa klubu Gürcüstan millisinin sabiq uzvünü transfer etdi ÖZƏL İdmanXəbər

02.01.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqada qalmaq hədəfində olan “Kəpəz” klubu heyətinə daha bir legioner cəlb edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu gürcüstanlı futbolçu Rati Ardazişvili ilə anlaşıb. Yarımmüafiəçiylə mövsüm sonuna qədər müqavilə bağlanıb.

26 yaşlı oyunçu ölkəsində “Samtredia” klubunda çıxış edirdi. O, karyerası ərzində  Qazaxıstanda (“Kaspiy”, “Jetısu”) Ukraynada (“Rux” (Lvov) və Gürcüstanda top qovub. Ardazişvili ölkəsinin U-17, U-19 və U-21 millilərinin üzvü olub.

26 yaşlı yarımmüdafiəçi yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью