Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Səbail”in futbolçusu Rüfət Abdullazadə karyerasını ölkəxaricində davam etdirməyə yaxındır.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu növbəti mövsüm Türkiyədə çıxış edə bilər. O, Super Liqaya vəsiqə qazanan “Kocaelispor”un diqqət mərkəzindədi.
Rüfətin Azərbaycan klublarından bir neçə təklifi olsa da, özü karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda transferin tamamlanması gözlənilir.
Xatırladaq ki, Kocaeli təmsilçisi baş məşqçi postuna bu yaxınlarda “Qalatasaray”ın sabiq futbolçusu Selçuk İnanı təyin edib.