Icma.az, Yenigundem saytına istinadən bildirir. Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib
Bu barədə “ВЧК-ОГПУ” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərk
“Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib.
Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir.
Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.
Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır.
Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir.
Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi.