SON DƏQİQƏ: Rusiya və Ukrayna atəşkəslə bağlı görüşəcək

26.03.2025

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp həm Rusiya, həm də Ukrayna ilə danışıqların çox müsbət keçdiyini ifadə edərək, “Rusiya və Ukrayna Qara dənizdə atəşkəs mövzusunda bir araya gələcək” deyib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Amerika səfirlərinin bir araya gəldiyi Ağ Evdə keçirdiyi görüşdə gündəmi mətbuat mənsubları ilə dəyərləndirib.
Rusiya və Ukrayna ilə davam edən danışıqların çox yaxşı irəlilədiyini vurğulayan Tramp bu müharibəni bitirməkdə qərarlı olduqlarını bildirib.
Ər-Riyadda aparılan danışıqları vurğulayan Tramp, "Bu, əslində razılaşdıqları bir şey idi, amma sonra dağıldı. Amma biz bunu həll edəcəyik. Atəşkəs rejiminə nəzarət etmək üçün başqa ölkələr də prosesə cəlb olunacaq"-deyə, bildirib.
O, suala cavab olaraq Rusiyaya qarşı sanksiyaların ləğvini aktiv şəkildə qiymətləndirdiklərini deyib və əlavə edib ki, hazırda bunlara baxırıq, hamısını nəzərdən keçiririk. Təxminən beş-altı şərt var.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью