SON DƏQİQƏ: Şahin Diniyev istefa verdi RƏSMİ

04.11.2024

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Səbail" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra istefa verib. O, qərarını mətbuat konfransında açıqlayıb:

"Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью