Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbul mərkəzli 4 vilayətdə keçirilən narkotik əməliyyatları çərçivəsində məşhur simalara qarşı genişmiqyaslı istintaq aparılır. İstintaq çərçivəsində Hasan Can Kaya və “Reynmen” kimi tanınan Yusuf Aktaş da daxil olmaqla 11 nəfər saxlanılıb.
Sherg.az xəbər verir ki, eyni araşdırma üzrə "Survivor 2026"nın iştirakçısı Barış Murat Yağcı da daxil olmaqla 9 nəfər barəsində saxlanılma qərarı verildiyi bildirilib. Həmin şəxslərin, o cümlədən Enes Batur, Nisa Bölükbaşı və digər sosial media tanınmışlarının hazırda xaricdə olduqları qeyd olunur. Barış Murat Yağcının isə Survivor çəkilişləri üçün Dominikan Respublikasında olduğu açıqlanıb.
Prokurorluq araşdırmanın “narkotik vasitələrin istehsalı və dövriyyəsi”, “istifadənin asanlaşdırılması” və “istifadə məqsədilə narkotik əldə etmə və saxlama” maddələri üzrə aparıldığını bildirib. İstintaq davam edir.