SON DƏQİQƏ: Tramp Davosa getmir Təyyarəsi geri döndü | Icma.az
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna aparan təyyarə İsveçrəyə uçarkən geri dönərək Endryus aviabazasına qayıdıb.Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat pulu məlumat yayıb.Ağ Evin mətbuat katibi Karolayn Livittin sözlərinə görə, geri qayıtmaq qərarı ekipaj tərəfindən “elektronika ilə bağlı cüzi problem” aşkar edildikdən sonra qəbul edilib.
Gözlənilir ki, Tramp bazaya qayıtdıqdan sonra başqa təyyarəyə minərək Davosa yola düşəcək.
Daha sonra Reuters dövlət başçısının təyyarəsinin uğurla eniş etdiyini bildirib.
Yanvarın 19-da Davosda “Dialoq ruhu” şüarı altında keçirilən Dünya İqtisadi Forumunun 56-cı sessiyası başlayıb.
Forumda 60-dan çox ölkə və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, həmçinin 800-dən artıq biznes nümayəndəsi iştirak edir.
ABŞ prezidentinin bu gün forumda çıxış etməsi gözlənilir. Uçuşdan əvvəl Tramp Davosa səfərinin maraqlı olacağını və “orada nə baş verəcəyind
ABŞ nümayəndə heyəti forumda ən geniş tərkibli heyət olacaq.
Tam oxu
Xəbəri oxu