SON DƏQİQƏ: Xaçmazda zəlzələ oldu ÖZƏL

09.12.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmaz rayonunda zəlzələ baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün axşam saat 22:22 radələrində rayonda zəlzələ olub.
Yeraltı təkanlar sakinlər tərəfindən də hiss edilib. Zəlzələnin təxminən 3,5 bal olduğu deyilir.
Qeyd edək ki, zəlzələ Quba rayonunda da hiss olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью