SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ baş verib | Icma.az
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq. Mayın 30-da Xəzər dənizində zəlzələ baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:29-da qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,1, ocağının dərinliyi isə 33 kilometr olub.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təkanlar dəniz ərazisində baş versə də, ətraf yaşayış məntəqələrində hiss olunub-olunmadığı barədə hələlik məlumat yoxdur.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə seysmik vəziyyət müşahidə olunur. Əlavə məlumatlar verildikcə xəbər yenilənəcək.
DOĞRU.AZ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu