SON DƏQİQƏ: Zaqatalada üçüncü zəlzələ oldu (YENİLƏNİB)

01.10.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Zaqatalada üçüncü dəfə zəlzələ olub.AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) BAKU.WS-ə verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.14:30Azərbaycanın Şimal-qərb bölgəsində yenidən zəlzələ olub.İlkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində yenidən zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yeraltı təkanların maqnitudası 3,4 bal günücndə olub.12:05Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər. Zəlzələ barədə RSXM rəsmi məlumat da yayıb. RSXM-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub.Zəlzələ hiss edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью