SON DƏQİQƏ:Azərbaycanda avtobus AŞDI: Ölənlər var

04.11.2024

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Mingəçevirdə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

“Yeni Gundem” Publika.az-a istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölənlər və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.

xxx

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

“Yeni Gundem” xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 1 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.

Qeyd edək ki, zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan ‘Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью