Son doqquz ayda 379 nəfər dərmandan zəhərlənib, 8 nəfər ölüb

20.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: "Həkimlərin səylərinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları, əsasən, həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью