Son dörd ayda 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

13.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 148 min 881 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min şəxs isə kiçik ailə təsərrüfatları yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunub.

Həmin dövrdə Agentlik tərəfindən 2,8 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью