Son dörd ayda əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib

19.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 4 ayı ərzində əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 39-u mühərrikli təkərli oturacaq), 897-si aşağı və yuxarı ətraf protezi, 2 mindən çoxu əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,3 min cüt protez və ortopedik ayaqqabı, 500-dən çox eşitmə aparatı, korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью