Son dörd ildə 500 dən çox QHT nümayəndəsinin bilik və bacarıqları artırılıb

06.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 6 noyabr, AZƏRTAC

Son dörd ildə keçirilən inkişaf və mübadilə proqramları çərçivəsində 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına töhfə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib.

O, vətəndaş cəmiyyətinin inkişafında insan kapitalının əhəmiyyətini vurğulayaraq, QHT nümayəndələrinin peşəkar hazırlığının artırılması, təcrübə mübadiləsi və yeni liderlərin yetişdirilməsinin Agentliyin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью