Son günlər Samux və Gəncədə yas mərasimlərində 48 nəfər qidadan zəhərlənib

17.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Son günlər Samux və Gəncədə yas mərasimlərində qida zəhərlənmələri hadisələrində 48 nəfər zərər çəkib.

XQ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin zəhərlənmə hadisələrinin səbəbinin lavaş olduğu müəyyənləşib:

"Biz ilk hadisə zamanı istehlak edilən bütün qida məhsullarından laborator müayinələr üçün nümunələr götürmüşük. Əslində ardıcıl zəhərlənmə faktları daha ətraflı araşdırmanı zəruri edib. Nəticədə hər iki hadisədə ortaq şübhəli qida məhsulunun lavaş olduğu müəyyənləşib. Məlum olub ki, Gəncədə qida təhlükəsizliyi nəzarətindən kənarda, ev şəraitində qanunsuz şəkildə istehsal edilən lavaş satışa çıxarılıb. Məhsulun paylanma zənciri müəyyən edilib və dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb. Faktla bağlı hüquq-mühafizə orqanları ilə birgə müvafiq araşdırma və digər zəruri tədbirlər davam etdirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью