Son hadisələr fonunda BMT dəki vəzifəsindən azad edilməsini xahiş etdi

02.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kşiştof Şerski səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılmasını xahiş edib və onun bu xahişi təmin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevyur məlumat verib.

“Səfir Kşiştof Şerski xarici işlər naziri Radoslav Sikorskidən BMT-dəki diplomatik missiyasının müddətinin qısaldılmasını xahiş edib. Nazir bu xahişi qəbul edib. Səfir Şerski missiyasını bu ay başa çatdıracaq”, - Vevyur “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, K. Şerski sosial şəbəkə paylaşımlarında və ya ictimai bəyanatlarında qərarının səbəblərini hələ açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 30-da nümayişçilər Konstitusiya Tribunalının binası qarşısına toplaşıblar. Hadisələr məhkəmə rəhbərliyi ətrafında münaqişə səbəbindən pik həddə çatıb. Məhkəmənin saytında sədr Boqdan Svençkovski və müavini Bartolomey Soxanskinin vəzifədən kənarlaşdırıldığı elan edilib. Hakim Anna Korvin-Piotrovskaya isə ən təcrübəli hakim kimi tribunalın sədr əvəzi olduğunu bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью