Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dell” korporasiyasının qurucusu Maykl Dellin 62 yaşlı həyat yoldaşı Syuzan sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
OLAY yazır ki, cütlüyün ABŞ prezidenti ilə Ağ Evin Oval kabinetində görüşündən sonra istifadəçilər arasında “Mar-a-Lago üzü” (Mar-a-Lago face) termini geniş müzakirə olunmağa başlayıb.
Amerikada bu termin Donald Trampı dəstəkləyən imkanlı qadınlar arasında populyar olan, xüsusi vurğulanmış estetik görünüşü ifadə edir. Bu görünüş qaldırılmış qaşlar, həddindən artıq nəzərə çarpan və kəskin konturlanmış almacıq sümükləri, müəyyən edilmiş çənə xətti, hamar dəri və minimum mimika ilə xarakterizə olunur.
Syuzanın xarici görünüşü bir çox insanda təəccüb doğurub. Şərhçilər onun üzünü “donmuş maska” ilə müqayisə edir, “robotabənzər” adlandırırlar.