Son iki gündə bir neçə rayon üzrə xüsusi tədbirlər görüldü

11.05.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Mayın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mə\tbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью