Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

17.11.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 34, dələduzluğa görə axtarışı aparılan 21 və ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı həyata keçirilən 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9 min ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 229 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью