Son iki həftədə nazirliyə 38 607 vətəndaş müraciəti daxil olub

15.07.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 607 vətəndaş müraciəti daxil olub.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müraciətlərin 21 987-si çağrı mərkəzləri, 8 937-si elektron, 1 370-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 313 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, tələbələrin köçürülməsi, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью