Icma.az bildirir, Anews portalına istinadən. Son 2 ildə ölkədə sertifikasiya imtahanından keçməyən 1 300 müəllim vəzifəsindən azad olunub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, imtahandan keçməyənlər müvafiq zamanla işdən uzaqlaşdırılır.
Sertfikasiya prosesində ümumilikdə 5 mindən çox müəllim kəsilib.
Ümumilikdə isə sertifikasiya prosesini keçən müəllimlərin əməkhaqqına 10%, 51 balı və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısına 35% əlavələr olunur.
Azərbaycanda müəllimlərin sertfikasiya imtahanı 2026-cı ilə kimi tam yekunlaşacaq.
Bu il ilk dəfə biologiya, kimya,fizika,coğrafiya və informayika müəllimləri sertfikasiya prosesinə cəlb olunacaq.
2026-ci il isə tarix texnologiya, musiqi,təsviri incəsənət və fiziki tərbiyə müəllimləri də bu imtahanları verəcək.
Gülnar Nazimqızı www.anews.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.