Son iki ildə sənədləşdirilən qeyri yaşayış təyinatlı tikinti obyektlərinin SAYI

29.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın tətbiq müddəti 2025-ci il yanvarın 1-i bitməli idi, lakin həmin fərmanın icra müddəti bir il də uzadıldı və 2025-ci il 31 dekabrda bitdi.

Redaktor.az xəbər verir ki, bu fikirləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər”mövzusunda mətbuat konfransında sualları cavablayarkən deyib.

O vurğulayıb ki, dövlət tərəfindən qeyri-yaşayış obyektlərinin qeydiyyata alınmasına iki il yarım icazə verilib:

“Bu müddətdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə 40000-dən çox müraciət edilib. Həmin müraciətlərdən 4602-si sənədləşib”.

Qurum rəsmisi əlavə edib ki, müraciət edənlərin təxminən 30%-nin sənədi hazırdır ("Trend").

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью