Son iki saatda daha 83 nəfər İrandan Azərbaycana təxliyə edilib

03.03.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Martın 3-də saat 11:00-13:00 aralığında daha 83 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.
"Report"un Cənub bürosu xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 2-si İran, 1-i isə Türkiyə vətəndaşıdır.
Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu gün saat 10:00-a qədər İrandan Azərbaycana 615 nəfər təxliyə olunmuşdu.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью