Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ | I…
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bütün dünyada incəsənət sahəsində olduğu kimi, Azərbaycan musiqisində də müxtəlif janrlarda və estetik səviyyələrdə mahnılar, musiqilər, böyük bəstəkarların əsərləri həmişə olub.
Təəssüf ki, bir çox ölkələrdə olduğu kimi, bizdə də daha çox orta və aşağı təbəqəyə xitab edən, keyfiyyətsiz mahnılar daha sürətlə inkişaf edir".
Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bəzən özümüzü Avropa ölkələri ilə yox, musiqi səviyyəsinin aşağı olduğu ABŞ, Türkiyə, Rusiya, ərəb və şərq ölkələri, Hindistanla müqayisə edirik.
Bu isə düzgün yanaşma deyil: "Peşəkar musiqi və estetik sənət deyəndə əsasən Avropa ölkələri, o cümlədən Azərbaycan nəzərdə tutulur.
Azərbaycanda akademik, milli və xalq musiqisi janrları var: muğam, aşıq sənəti, yeni saz ifaçılığı, meyxana və s.
ilə yanaşı, Avropa bəstəkar məktəbi də inkişaf edib. O məktəbin nümayəndələri zaman-zaman populyar müğənnilər üçün də mahnılar yazıblar.
Tam oxu
Xəbəri oxu