Son illər cəmiyyətdə aqressiya və səbirsizlik nəyə görə artıb? | Icma.az
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son illərdə insanların üzərinə düşən psixoloji yüklərin çoxalması, iqtisadi çətinliklər, iş stresi, gündəlik tələskənlik, informasiya bolluğu və sosial mediada davamlı müqayisə insanlarda emosional həssaslığı artırır.
Emosional yüklənmə artdıqca aqressiya və səbrsizlik də daha tez ortaya çıxır".
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, insanlar son illərdə sosial mediadan daha çox istifadə etməyə başlayıb.
"Sosial media istifadəçisi başqalarının həyatını görüb özünü müqayisə etməyə başlayır, neqativ xəbərlərlə daha çox qarşılaşır.
Bu da həm psixoloji gərginliyi, həm də aqressiv reaksiyaların intensivliyini artırır.
Aqressiyanın bir hissəsi ailədaxili ünsiyyətə əsaslanır"., - deyə mütəxəssis bildirib.
Tam oxu
Xəbəri oxu