Son illər ölkəyə nə qədər avtomobil və avtobus gətirilib? ARAŞDIRMA

21.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər ölkəmizə idxal olunan avtomobillərin sayı artır. 

“Cebheinfo.az” xəbər verir ki, rəsmi statistikalar da bunu göstərir. 

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə əsasən, son 5 ilin idxal göstəricilərini incələdik. 2020-ci ildə Azərbaycana 49 min 692 minik avtomobili, 259 avtobus idxal olunub. Bir il sonra isə bu say kəskin artıb. 

Belə ki, anoloji statistika 85 min 191 və 266 ədəd kimi müəyyən olunub. 2022-ci ildə isə ölkəmizə gətirilən avtomobillərin sayı 68 min 679-a düşsə də, avtobus sayı 416-ya qədər yüksəlib. 2023-cü ildə də isə vəziyyət dəyişib. 

İdxal olunan minik avtomobilləri 88 min 151-ə çatıb. Bu, son 5 ildəki ən yüksək göstəricidir. Həmin il ölkəyə gətirilən avtobuslar isə sadəcə 163 ədəd olub. Son olaraq, 2024-cü ildə 82 min 434 minik avtomobili, 405 ədəd də avtobus idxalı reallaşıb. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: avtomobil idxal Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью