525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Son illərdə alıcılar qiymətə daha həssas yanaşır və məhsulu almamışdan əvvəl müxtəlif satış məntəqələrində, eləcə də onlayn platformalarda qiymət müqayisəsi aparırlar. Əgər bazarda təklif olunan məhsul şəhərin digər mağazalarından və ya internet üzərindən satılan məhsullardan baha olarsa, alıcı alternativə üstünlük verir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. Ekspert bildirib ki, qiymətlərin yüksək olmasının səbəblərindən biri icarə haqları, kommunal xərclər, logistika, əməkhaqqı və digər əməliyyat xərclərinin artmasıdır:
“Sahibkar bu xərcləri məhsulun qiymətinə əlavə etdikdə onun rəqabət qabiliyyəti azalır. Xüsusilə icarə haqları yüksək olduqda satıcı qiyməti aşağı salmaq imkanını itirir və nəticədə alıcı başqa satış kanallarına yönəlir”.
Sevinc Qarayeva