“Son illərdə tarix boyu ilk dəfədir ki, Kremlin Azərbaycana ehtiyacı yaranıb…” | Icma.az
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əgər Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, münasibətlərin normallaşması mümkündür.
Əks halda, gərginlik davam edəcək…" Son 8-9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik hələ də davam edir.
Siyasi analitik Teymur Qasımlı Moderator.az-a verdiyi açıqlamada, bu gərginliyin artmasının müxtəlif geosiyasi amillərlə bağlı olduğunu qeyd edib.
O, xüsusilə Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla Çindəki sammitdə görüşməsini, amma Azərbaycan prezidenti İlham Əliyev ilə belə bir görüşün baş tutmamasını diqqətə çatdırıb.
Qasımlı vurğulayıb ki, əvvəlcədən yayılan məlumatlarda bu görüşün ehtimalı olsa da, nəticədə yalnız Pekindəki hərbi parad ərəfəsində Putin və Əliyev arasındakı "ayaqüstü salamlaşma" ilə məhdudlaşıb.
"Bu, yalnız siyasi etika xatirinə baş tutan bir salamlaşma idi," - deyə analitik bildirib.
Qasımlı gələcəkdə yaranacaq yeni geo-siyasi balansların, tərəflərin öhdəliklərə nə dərəcədə əməl etməsindən və siyasi iradənin sülh sazişinin imzalanmasına təsirindən asılı olacağını qeyd edib Analitik Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşmasının, xüsusilə dostluq və qarşılıqlı ehtiram üzərində qurulmasının bu gün Kremlin maraqlarına uyğun olduğunu söyləyib.
Tam oxu
Xəbəri oxu